Hansı halda I doza vaksin sertifikatından silinir – MƏLUMAT
“İNFONEWS” xəbər verir.
Vaksinin birinci dozasından sonra koronavirusa yoluxan şəxsin adı sistemə düşübsə, sistem onun birinci dozasını avtomatik olaraq silir.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, birinci dozadan sonra virusa yoluxanlar səhiyyə kartında göstərilən müddətdə ikinci dozanı qəbul edib, COVID pasportu ala bilməzlər:
“Həmin şəxslərin 6 ay müddətinə immunitet sertifikatı olur. Xəstələnib sağaldıqdan 3 ay sonra növbə götürüb yenidən vaksinin hər iki dozasını qəbul etmək olar”.