Azərbaycanda tanınmış professor vəfat etdi

Azərbaycanda tanınmış professor vəfat etdi

Azərbaycan Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər doktoru, professor Ağamir Calal oğlu Həşimov vəfat edib.

“İNFONEWS” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ağamir Həşimov Rusiya Təbiət Elmləri akademiyasının həqiqi üzvü idi.

Mərhum 2015-ci ildə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Azərbaycanda tanınmış professor vəfat etdi
Azərbaycanda tanınmış professor vəfat etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir