Böyük Britaniyada Pandemiya İnstitutu fəaliyyətə başlayıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Böyük Britaniyada Pandemiya İnstitutu yaradılıb.
İnstitut gələcəkdə heyvanlardan insanlara keçə biləcək xəstəlikləri araşdırmaq və vaxt itirmədən həmin virusa qarşı peyvənd hazırlamaq üçün yaradılıb.
Liverpul şəhərində fəaliyyət göstərəcək institut İnnova əczaçılıq şirkəti tərəfindən yaradılıb.
İnstitutun direktoru professor Metyu Baylis dünyanın ən böyük məlumat bazasına sahib olduqlarını və bu məlumatlardan növbəti koronavirusun hansı heyvanlar vasitəsilə ortaya çıxa biləcəyi haqqında proqnozları vermək üçün istifadə edəcəklərini bildirib.
O, qarşılarındakı vəzifənin çox böyük olduğunu söyləyib, çünki 1500 növ yarasa var və hansı heyvan növlərinin daha yaxından araşdırılmalı olduğunu 10 il içərisində öyrənə biləcəklərini deyib.
İnstitut tərəfindən yaradılacaq yeni peyvəndlər könüllülər üzərində sınaqdan keçiriləcək.