Faktlara dayanan TARİXİMİZ: “TURANIN ASLANI, BAKININ XİLASKARI”

Faktlara dayanan TARİXİMİZ: “TURANIN ASLANI, BAKININ XİLASKARI”

“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir: 

Qafqaz İslam Ordusunun Bakını xilas etməsi

Hacıqabul-Mərəzə xəttində baş verən döyüşlərdə bolşevik qüvvələri arasında ingilis əsgərlərinin də varlığı məlum olmuşdu. Əsir tutulan ingilis əsgərlərinin ifadəsindən Ənzəlidən Bakıya yardım üçün 4000 nəfərlik bir ingilis birliyinin gələcəyi öyrənilmişdir. Odur ki, vaxt itirmədən Bakının ələ keçirilməsinə qərar verilmişdi. Şiddətli top atəşinin dəstəyi ilə 1918-ci il avqust ayının 5-də saat 04:25-də başlayan türk hücumu qarşısında erməni, rus və ingilislərdən ibarət Bakı müdafiə birlikləri mövqelərini əldən verməmək üçün çox böyük güc sərf etdilər. Ancaq getdikcə şiddətlənən türk hücumu bu müqaviməti qırmağa başlamış, düşmən birlikləri addım-addım Bakı istiqamətində geri çəkilməyə məcbur olmuşdu. Şimal qrupu birlikləri şəhərə yaxın və möhkəmləndirilmiş Bayıl tərəfdə yerləŞən yüksək təpələri ələ keçirmişdi. Müqavimətinin qırıldığı başa düşülən düşmənin cəbhəsinin mərkəzi olan Salxana (Sallaqxana) və qəbristanlığa doğru qaçışa bənzər şəkildə geri çəkildiyi görünürdü. Dinlənilən düşmən rabitəsindən polkovnik Əzizov adlı hissə komandirinin Bakı müdafiə birliklərinin komandiri olan general Kornilovun təcili telefona gəlməsini, müqavimətlərinin qırıldığını, türklərin şəhərə girmək üzrə ol-duqlarını, bu vəziyyətdə hərəkət tərzlərinin necə olacağını, təlaş və dəhşət içində generaldan əmr gözlədiyini bilmək olurdu. Bu danışıqdan düşmənin sağ və sol cinah birliklərinin vəziyyətinin çox pisləŞdiyi və sol cinahın pəriŞan bir vəziyyətdə olduğu baŞa düŞülürdü.

Belə  şərtlər  daxilində  şəhərin  alınması  an  məsələsi  idi.  Düşmənin  birinci  müdafiə  xətti qırılmış və ələ keçirilmişdi. Ikinci müdafiə xəttinə yaxınlaşılmış, beləliklə, Bakının qurtuluş gününə az qalmışdı. Ancaq, hücuma kifayət qədər top mərmisi tədarük edilmədən başlandığına görə, topçunun irəliləyən piyadalara verdiyi atəş dəstəyi getdikcə azalmağa başlamış və avqustun 5-i günortadan sonra top sursatı tamamilə tükənmişdi. Top atəşinin kəsilməsi ilə vəziyyəti başa düşən düşmən 38-ci alay və 60-cı tabor cəbhələrinə qarşı hücuma başlamış, döyüşə ehtiyat bölüklərinin müdaxiləsi ilə düşmənin hücumunun qarşısı alına bilinmişdi.

5 avqust hücumunda türk birliklərinin fədakarlıqla və qəhrəmancasına döyüşmələrinə baxmayaraq, top mərmisi tükəndiyinə görə irəliləmə durmuş, düşmənin əks hücumu ilə Cənub və Şimal qruplarının birlikləri Bakının 4 kilometrliyində olan Bibiheybət-Biləcəri dəmiryolunun qərbindəki xəttə geri çəkilmək məcburiyyətində qalmışdılar. Əlavə qüvvə və döyüş sursatı gələnə qədər bu xətt möhkəmləndirilərək müdafiə olunmağa çalışılacaqdı.

Qafqaz Islam Ordusunun hazırlayacağı yeni hücumla Bakını ala bilməsi üçün yaxşı təlim görmüş 5000 əsgər, düşmənin dənizdən döyüş gəmiləri ilə açdığı atəşin qarşısını almaq üçün dörd ağır top batareyası, hava hücumlarına qarşı bir təyyarə eskadrası, müxtəlif çaplı 28000 top mərmisi, 1500 sandıq tüfəng gülləsi, teleqraf və telefon rabitəsini rahat şəkildə yaratmaq üçün lazımi avadanlıq və 20 hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac olduğu bildirilmişdi.

5 avqustda türklərin hücumunu dəf etməyə nail olan bolşevik müdafiə qüvvələri bu uğurlarını davam etdirmək üçün 6 avqustda türk birliklərinin özlərinə gəlməsinə fürsət verməmək məqsədilə əks-hücuma başladılar. Türk birlikləri bu hücumun qarşısını almağı bacarmış, qənimət kimi müəyyən qədər silah və sursat da ələ keçirmişdi. Bu hadisədən də aydın oldu ki, 1500 ingilis əsgəri ilə möhkəmləndirilmiş erməni və rus qüvvələrinin şərq cəbhəsi birliklərini yerləşdiyi mövqelərdən sıxışdırıb çıxardacaq qədər hücum gücü yox idi. Bu səbəblə bütün fəaliyyətini yeni bir türk hücumuna qarşı Bakı müdafiəsini möhkəmləndirmək nöqtəsində qurdular. Onların fikri əgər türk birliklərinin Bakıya qarşı başlayacağı ikinci hücum da dəf olunarsa, bu dəfə ingilislərlə birlikdə əsaslı bir əks-hücuma başlayıb, Qafqaz Islam Ordusunun azad etdiyi bütün Azərbaycan torpaqlarını işğal edərək Qara dənizə qədər irəliləmək idi. Bakını müdafiə edən qüvvələr türk birliklərinin Bakıya ən yaxın nöqtədə olduğu və buradan hücum edilə biləcəyini təxmin etdiyi Biləcəri stansiyasının Şimalındakı Yanar-dağ və Binəqədi təpələrinin möhkəmləndirilməsinə xüsusilə əhəmiyyət vermiş və bu mövqelərdə fəaliyyəti artırmışdı. Binəqədi təpəsinə hücum edən 29-cu tabor inadkar bir müqavimətlə qarşılaşdığı üçün irəliləməkdə çətinlik çəkmişdi. Top atəşinin müdafiə mövqelərində toplana bilməməsi və təpəni müdafiə edən birliyin iki tabora qədər əlavə qüvvələr aldığı üçün 29-cu taborun əsgərləri ancaq təpənin ətəyinə qədər irəliləyə bilmişdilər. 31avqusta qədər iki tərəf mövcud vəziyyətlərini mühafizə etmişdi. 31 avqustda 13-cü Qafqaz alayı ilə 38-ci alayın 1-ci və 2-ci taborlarının başlatdığı hücumla birlikdə müdafiə maneələrini aşaraq saat 06.30- da Binəqədi təpəsi də ələ keçirilmişdi. Bakı istiqamətində qaçan əsgərləri təqib edən türk birlikləri Məhəmədli və Digah məntəqələrini də ələ keçirdilər. Dağılmış halda Ramanı və Balaxanı tərəfinə çəkilən erməni, rus və ingilis əsgərlərinə top və pulemyot atəşi ilə böyük zərbə vurulmuşdur. Bakıdan qalxan bir təyyarə isə top atəşi ilə endirilmişdi. Erməni və rus əsgərləri tərəfdə vuruşmalara ingilis əsgərləri də fəal qoşulmuş və xeyli itki vermişdi.

Qafqaz Islam Ordusu  komandanları  Bakıya hücumun qərb  istiqamətdən başlamasını qərarlaşdırmışdı.  Sentyabrın 10-u Bakıya hücum ediləcək ərazidə tədqiqat aparmaq üçün iərq Orduları qrupunun komandanı Xəlil Paşa və Qafqaz Islam Ordusunun komandanı Nuru Paşa da gəlmişdilər. Ordu komandanları ilə birlikdə diviziya komandirləri cəbhə nəzarət mövqelərinə birgə gələrək hücumun nə Şəkildə olacağını bir daha müzakirə etmişdilər. Qafqaz Islam Ordusu коmandanı Nuru Paşanın əmri ilə 13-14 sentyabr gecəsi şimal cəbhəsində 15-ci piyada diviziyası komandirinin əmrində yalnız 38-ci alay 2 süvari alayı, Azərbaycan süvariləri və milis taborları saxlanmış, qalan bütün birliklər isə şimal cəbhəsini tərk etmiŞdilər. 14 sentyabr gecə yarısı qərbdən əsas hücumu həyata keçirəcək 5-ci Qafqaz diviziyasının tərkibində 9,10,13 və 56-cı piyada alayları toplanmışdı. Qafqaz Islam Ordusunun top atəş dəstəyinin mühüm bir hissəsi 5-ci Qafqaz diviziyasının əmrinə verilmişdi. 5-ci Qafqaz diviziyasının alayları Bakının qərbindəki dəmiryoluna açılan vadilər içində mövqe tutmuşdular. Hərəkat planından məqsəd həqiqi hücumun Şimaldan başlaması təəssüratını yaratmaq idi. Beləliklə, şəhərin qərbində toplanan türk birlikləri birinci Bakı müdafiə xəttini ağır silahlardan istifadə etmədən, yalnız bomba və süngü hücumu ilə basqın edərək sipərlərlə möhkəmləndirilmiş mövqeləri addım-addım ələ keçirəcəkdi. 15-ci piyada diviziyası top və pulemyot atəşi ilə şiddətli bir hücumun təəssüratını yaradaraq müdafiədə ehtiyata ayrılmış birlikləri də üzərinə çəkərək Bakıya giriş istiqamətində irəliləməkdə olan 5-ci Qafqaz divizi-yasının artıq bir müqavimətlə qarşılaşmamasını təmin edəcəkdi.

5-ci Qafqaz diviziyasının cəbhə xətti 1500 metr, 15-ci piyada diviziyasının isə cəbhə xəttinin 30 kilometrə yaxın olduğu düşünülərsə, iki diviziyanın sahib olduğu qüvvələr arasında qeyri-bərabərlik var idi. 5-ci Qafqaz diviziyasının 1500 metr genişliyindəki cəbhəsində dörd alay toplanmışdı ki, bu qədər dar bir sahədə bu birliklərin hərəkət meydanı tapması və döyüşdə iştirak etməsi çox da mümkün deyildi. Belə ki, gecə basqınını 9-cu və 56-cı alaylar həyata keçirmişdilər. 10-cu və 13-cu alaylar isə bu basqında iştirak etməmişdilər. Döyüş 15-ci piyada diviziyasının cəbhəsində gücləndiyi üçün ehtiyatdakı 107-ci alay bu diviziyanın əmrinə verilmişdi. 13  sentybrda  Qafqaz  Islam  Ordusunun  komandanlığı  diviziyalara  göndərdiyi  əmrlə  14  sentyabr  saat  02:00-dan  əvvəl  Bakıya  qarşı  hücumun  başlayacağını  bildirdi. Hücum üçün bütün hazırlıqların tamamlandığı Bakı cəbhəsində təxminən Osmanlı əsgəri və 6000-7000-ə qədər Azərbaycan milis qüvvəsi toplanmışdı. İkinci Bakı hücumu ilə şəhər azad edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir