«GƏNCƏSƏNƏT» sərgi-yarmarkası keçiriləcək

«GƏNCƏSƏNƏT» sərgi-yarmarkası keçiriləcək

Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılq Məclisinin birgə təşkilatçılığı ilə 2021-ci ilin 19-20 sentyabr tarixlərində Gəncə şəhərindəki Filarmoniya Bağı və Urban Mərkəzində “GƏNCƏSƏNƏT” adlı Gəncə incəsənət, sənətkarlıq, və yaradıcılıq sərgi-yarmarkası təşkil olunacaq.

“İNFONEWS”-a verilən məlumata görə layihədə Gəncə şəhər və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələrinin , həmçinin həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işlərinin satış yarmarkasının həyata keçirilməsi planlaşdırılır.

Hazırda Gəncə şəhərində və regionda incəsənət və sənətkarlıq nümunələrinin satış və sərgi məkanının olmaması alıcı qüvvənin azalmasına, sənətkarlıq və incəsənətlə məşğul olan şəxslərin maddi durumunun zəifləməsinə və onların öz əsərlərinin nümayiş edə bilməmələri səbəbindən həvəsdən düşmələrinə gətirib çıxarır.

Vaxtılə Gəncə şəhərində, eləcə də onun ətraf bölgələrində mövcud olmuş, bu günki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi də vacib məsələlərdəndir.

Sərgi-yarmarkanın həyata keçirilməsinin məqsədi alıcı və sənətkar arasında körpülər salınması, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulması, əhalidə sənətkarlıq və incəsənətə marağin artıırılması, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafı, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmətdir.

Yaxın gələcəkdə sərgi-yarmarkanın mütəmadi və ya daimi şəkildə keçirilməsi planlaşdırılır. Yarmarkada Gəncə və Qərb regionunda yaşayan, peşəkar və ya həvəskar fəaliyyətindən asılı olmayaraq, sənətkarlıq və incəsənətin istənilən növləri ilə məşğul olan hər kəs öz əl işləri ilə iştirak edə bilər.

Son qeydiyyat tarixi: 17 sentyabr 2021, 20:00

Qeydiyyat üçün əlaqə telefonu : 055 2509339 (Whatsapp var)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir