Məşhur futbolçu tərəfindən kiçik soydaşımıza mükafat verildi

Məşhur futbolçu tərəfindən kiçik soydaşımıza mükafat verildi

“İNFONEWS” xəbəer verir.

Omanın paytaxtı Maskat şəhərində yaşayan həmvətənlimiz kiçik futbolçu Emin Əmirbəyli dünyaca məşhur futbolçu Əli Əl Həbsi tərəfindən mükafatla təltif edilib.

Qeyd etmək lazımdır ki, bu mükafata 200 oyunçudan yalnız 20 nəfəri layiq görülüb.

Valideynlərinin iş ilə əlaqədar 2 yaşından Omanda yaşayan Emin Əmirbəyli 5 yaşından “Al Habsi Football Academy”də futbol oynayır. Son illərdə isə bir çox uğurlu futbol oyunlarının qalibi olaraq, məşqçilərin diqqətini cəlb edə bilib. Eminin təhsilində də nailiyyətləri böyükdür, ingilis və ərəb dillərində mükəmməl bilən futbolçumuz bu akademiyada təhsil alan ilk və yeganə azərbaycanlıdır.

Baxmayaraq ki, Emin 2 yaşından ölkəmizdən uzaqda yaşayır,  Vətənini, Azərbaycanımızı çox sevir. Onun ən böyük arzusu bayrağımızı yüksək arenalarda dalğalandırmasıdır.

“İNFONEWS” komandası olaraq, kiçik həmyerlimiz Eminə həm təhsilin də, həm futbol fəaliyyətində, həm də gördüyü bütün işlərdə uğurlar arzulayırıq.

Nuranə Hüseynova (Abu-Dabi)

“İNFONEWS” -un Ərəb ölkələri və BƏƏ üzrə koordinatoru

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir