Moped sürücülərindən A1 sürücülük vəsiqəsi tələb oluna bilər
“İNFONEWS” xəbər verir.
Moped sürücüləri ilə bağlı qısa zamanda qanunvericilikdə dəyişiklik olacaq.
Bu barədə Bakı şəhər Baş Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.