NECƏ GEDİRİK? HARA GEDİRİK? – Kərpickəsən Qoca
“İNFONEWS” təqdim edir.
NECƏ GEDİRİK?
Ali millətlərdən, elmin, mədəni inkişafın yüksək olduğu cəmiyyətlərdən niyə geri qalırıq?
Bir əsr öncə Şərqə, bəlkə də müsəlman aləminə işıq salmış bir mədəni millət olmuşuq. İndi dəyərlər dəyişib. Əslində bu, dünyəvi problemdir. Lakin mədəni kökü olan ali cəmiyyətlər indi də mədəni inkişafa ciddi yanaşıqlar, töhfə verirlər.
Bizim də bu məsələlərdə hədəflərimiz, baxışlarımız dəyişməli, bir mənalı olaraq.mədəni inkişaf üçün çalışmalıyıq.
İqtisadi, siyasi və sosial tənəzzül ilə eyni təsir səviyyəsində olan və ya bəlkə də bir sıra kontekstlərdən yanaşılsa, əhəmiyyətlilik dərəcəsinə görə, onlardan daha çox zərurilik daşıyan mədəni tənəzzüldür.
Bu gün biz müxtəlif səbəblər üzündən mədəni tənəzzül yaşayırıq. Amma unutmayaq ki, biz digər xalqlardan fərqli olaraq, mədəni kökü olan bir millətik. Bu kök bir irsdir, həm də elə bir mədəni yükdür ki, nəinki qorunmalı, eləcə də inkişaf etdirilməlidir. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə ƏləkbərSabir, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Əhməd Cavad, Qara Qarayev, Şəfiqə Axundova, Vaqif Mustafazadə, Tofiq Quluyev və ….(siyahını istənilən qədər davam etdirmək olar) bir sıra korifeylər inkişafımızı, mədəni dirçəlişimizı yüksəldən həmin mədəni millətin övladlarıdır. Zamanında dünyada ilk səssiz filmlər çəkiləndə dünyəvi mədəni meyllərdən geri qalmayan Azərbaycanda “İlişdin” səssiz kinosüjeti (1898), ilk bədii film “Neft və milyonlar səltənətində” (1015) və ilk kinokomediya “Arşın mal alan” (1916) çəkilib. Həmin dövrdə bu mədəni dirçəlişin səviyyəsi o həddə çatır ki, 1920-ci illərdə xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı kinomuzun əsas mövzularına çevrilir…
Bir daha vurğulayım ki, bu mədəni inqilabların üzərindən 1 əsr zaman keçib.
HARA GEDİRİK?
Müəllif: Kərpickəsən Qoca