Gəncədə şəhid ailələri ziyarət edilir

Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan Gəncədə də bir sıra işlər həyata keçirilir. 

İNFONEWS xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə birlikdə həftə ərzində daha bir neçə şəhidin ailəsinə baş çəkib, başsağlığı verib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Gəncənin 14 və 16 nömrəli tam orta məktəblərinin müəllimləri də var. Onlar Rabil İsmayılov və Rəşad Məmmədovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir