“Dürüst vasitəçi kimi etibar edirik”- Avropa İttifaqına ÇAĞIRIŞ
“İNFONEWS” xəbər verir.
“Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib”
Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi isə olduqca açıqdır.
“Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik”.
Prezident qeyd edib ki, Azərbaycan hazırda biz Avropa İttifaqı ilə təmasları davam etdiririr və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyir:
“Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.