“Yuxu kimi” serialı üçüncü sezona start verdi
İlin ən maraqlı teleseriallarından olan “Yuxu kimi” oktyabrın ilk günündən üçüncü sezona start verdi.
Serial “Azad Azərbaycan” Teleradio Yayım Şirkəti ATV kanalında hər həftənin cümə günü axşam saatlarında yayımlanıb. İzləmə sayına görə rekord qıran, davamlı tamaşaçı müzakirələri ilə gündəmi zəbt edən “Yuxu kimi”nin birinci və ikinci sezonu olduqca maraqlı məqamlarla final sonuna getmişdi.
İstedadlı, sevimli aktyorların təkrarolunmaz ifası, yaddaqalan səhnələrlə tamaşaçıların qəlbində böyük məhəbbət taxtı quran teleserial ikinci sezonun ilk bölümündən izləyiciləri yenidən ekranlara bağlaya bildi və növbəti seriyaları səbrsizliklə gözlətməyi bacardı.
Qeyd edək ki, ailə şərəfini hər şeydən üstün tutan Habil və Teymur əmi oğullarının övladları ətradında, eləcə də Çinar müəllimin ailəsi daxilində cərəyan edən hadisələr getdikcə daha da gərginləşir, problemlərin çözüm yolları həllini tapmaq əvəzinə daha da qəlizləşir.
Sevgi və ülvi hisslərin qalib gələcəyi diləyi ilə “İNFONEWS” komandası olaraq, başda filmin rejissoru Rövşən İsax olmaqla, sevimli, əziz aktyorlarımız Elxan Yunis, Pərvanə Qurbanova, İbrahim Çingiz, Aysel İbrahimova, Niyaz İlyasoğlu, Ləman Abbaszadə, İlham Hüseynov, Məhəmməd Verdizadə, Kamran Yunis, Murad Ruzigar, Cəmilə Muradova, Nailə Behçət, İlhamə Əhmədova, Sevda Orucovaya və bütün yaradıcı heyətə bolluca uğurlar arzulayırıq.