“İnklüziv hərəkət terapiyası” – SOSİAL LAYİHƏ

“İnklüziv hərəkət terapiyası” – SOSİAL LAYİHƏ

“İNFONEWS” xəbər verir.

“Hər vücudun danışacaq bir hekayəsi var” adlı sosial layihəsi çərçivəsində əyani və onlayn formatda keçirilən “İnklüziv hərəkət terapiyası” proqramı tezliklə növbəti təlim-məşğələlərinə start verəcəkdir.

Bu sosial layihə Heydər Əliyev Fondunun dəstəyi, “DanceAbility Azərbaycan” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra həyata keçirilir.

DanceAbility®️ metodu və Aktiv Meditasiya əsasında hazırlanan “İnklüziv hərəkət terapiyası” proqramı, təhlükəsiz və qərəzsiz mühit yaradaraq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etməyə, rahatlamağa, həmçinin digər insanlarla empatik ünsiyyət qurmağa imkanı yaradan universal vasitələri öyrədir. Eyni zamanda proqram sayəsində iştirakçılar fiziki fəaliyyət və bədii ifadə üçün bərabər imkanlardan faydalanır, yeni dostluq əlaqələri qazanırlar. Layihənin onlayn praktik məşğılələri cari ilin iyun ayından hər bazar günü keçirilir.

“İnklüziv hərəkət terapiyası” proqramı DanceAbility®️ və Ecstatic Awakening Dance®️ metodları üzrə beynəlxalq dərəcəli müəllim Nigar Sultanova tərəfindən keçirilir.

Sosial layihəyə 5 yaşından yuxarı hər bir şəxs dəvətlidir, iştirak ödənişsizdir:
✅ Sağlamlıq məhdudiyyəti olan və olmayan uşaq və yeniyetmələr
✅ Yaralanmış qazi və digər müharibə iştirakçıları
✅ Əlilliyi olan və olmayan şəxslər   iştirak edə bilər.

“İnklüziv hərəkət terapiyası” proqramı iştirakçılara aşağıdakı imkanları yaradır:
✅ bədən hissiyyatının oyanışı
✅ hərəkət “lüğətinin” genişləndirilməsi
✅ özünü fərd olaraq ifadə etmə
✅ insanlar arasında əlaqənin hiss olunması
✅ ünsiyyət üçün müxtəlif vasitələrlə tanışlıq
✅ kommunikativ bacarığın inkişafı
✅ koqnitiv bacarıqların inkişafı
✅ kreativliyin və empatiyanın inkişafı
✅ intuisiyanın gücləndirilməsi

Əlavə məlumat və qeydiyyat üçün +994 51 415 16 85
@heydaraliyevfoundationofficial
@riib
@danceabilityazerbaijan
@nigardance

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir