Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 11 oktyabr
“İNFONEWS” xəbər verir.
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 611 yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 492 min 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 min 661 nəfər müalicə olunaraq sağalıb, 6677 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 452 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5575, bu günə qədər isə ümumilikdə 4 milyon 958 min 312 test icra olunub.