Sığorta əməliyyatları ƏDV-dən azaddırmı?
“İNFONEWS” xəbər verir.
Vergi Məcəlləsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, qanunvericiliyə görə, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.