Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 13 oktyabr
“İNFONEWS” xəbər verir.
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1265 yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 495 min 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 min 382 nəfər müalicə olunaraq sağalıb, 6 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 241 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 654, bu günə qədər isə ümumilikdə 4 milyon 979 min 535 test icra olunub.