Faktlara dayanan TARİXİMİZ”: Şirvanşah sərkərdəsi I İbrahim

Faktlara dayanan TARİXİMİZ”: Şirvanşah sərkərdəsi I İbrahim

“İNFONEWS” -un Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

ŞİRVANŞAH DÖVLƏTİNİN GÖRKƏMLİ SƏRKƏRDƏSİ I İBRAHİMİN XARİCİ SİYASƏTİ

            1382-ci ildə Kəsrani sülaləsinin sonuncu hökmdarı Huşəng öldürüldü. Əldə olan məlumatlara görə Huşəngi öz yaxın adamları öldürmüşdülər. Ümumiyyətlə, bu dövr nəinki Şirvanda, eləcə də Yaxın və Orta Asiyada sinfi ziddiyyətlərin gərginləşməsi, xalq hərəkatının yüksəlməsi ilə müşayət olunur.

Huşəngin yaxın varisi olmadığından Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı şah seçdilər. Şeyx İbrahim Dərbəndi Şirvanşahların ilk nümayəndəsi olmaqla, əslində məzyədilər sülaləsinə məxsus idi.

O və atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən gizlənərək Şəkinin kəndində sığınacaq tapmışdılar. Sultan Məhəmməd bir müddətdən sonra ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə qədər (1382) Şəkidə gizlənmişdi.

Mənbələr Şeyx İbrahimin şah seçilməsini daha geniş təsvir edərək göstərirlər:

Şeyx İbrahim Şirvan vilayətinin Şəki kəndlərinin birində qohumları ilə əkinçiliklə məşğul olurdu. Onlar özlərini sasani şahı I Xosrov Əkuniuqivanın xələfi sayır və öz nəsli köklərini onlarla bağlayırdılar. Baş verən xalq həyacanları və feodal hərc-mərcliyini görüb, Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah hökmdarı seçməyi qərara aldılar. Özləri ilə hakimiyyət rəmzi olan simvolları götürüb, kəndə girəndə Şeyx İbrahimi şumladığı sahədə yorulub ağav altında yatdığını gördülər. Gələn əyanlar Şeyx İbrahimin yuxudan ayılmasını gözlədilər. Şeyx İbrahim yuxudan ayılan kimi onu alqışlayıb, sədaqət andı içdilər. Daha sonra onu Şamaxıya gətirib taxtda otuzdurdular.

O zamanın varlı əyanları yanılmamışdırlar. Şirvanşah İbrahim dövlət işlərində müdrik, ağıllı dövlət başçısına çevrildi. Onun şahlıq etdiyi dövr Yaxın Şərqin daxili siyasi hadisələrinin gərginləşdiyi dövrə təsadüf edir. Bu əsasən Teymurləngin Azərbaycana yürüşləri ilə əlaqədar idi. Bu dövr ona görə mürəkkəb idi ki, məkirli Avropa dövlətləri öz aralarında razılığa gəlib, türk dnyasına qarşı böyük siyasət hazırlayırdılar. Artıq 100 ildən çox idi ki, ruslar monqolların hakimiyyəti altında idilər. Bu dövrdə birlik, qüvvələrin cəmlənməsi fikri onların da arasında yaranmışdı. Bu ölkələr müsəlman türk dünyasını öz içindən didib parçalamağa, türkün gücünü qarşı-qarşıya qoymağa çalışırdılar. Fəqət böyük sərkərdəlik məharətinə, vətənpərvərlik işinə, birlik ideyasına malik olan Teymur Şirvanşah İbrahim Sultan Bəyazid, sonralar Qara Yusif ümumi dil tapa bilmir, bu Cahangirlərdən hər hansı biri müvəqqəti tələblər qazansalar da, axıdılan insan qanı ilə bütün xristian dünyasını sevindirirdilər. Bununlada çoxlarına fürsət vermiş olurdular.

Şirvanşah İbrahimin hakimiyyətə gəldiyi dövrdə Azərbaycan və ümumiyyətlə Yaxın Şərqin siyasi mənzərəsinə nəzər salaq.

Cənubi Azərbaycan və başqa vilayətləri bu dövrdə Cəlarilər sülaləsindən olan Əhməd Şah idarə edirdi. Şimaldan Şirvanı Qızıl Orda xanı Toxtamış hədələyirdi. Sultan Əhmədin dövründə ölkə parçalanmış və məhəlli müharibələrin meydanına çevrilmişdir.

Qızıl Orda dövləti sistemində də köçəri feodallar arasında müharibələr səngimirdi. Toxtamış onun varisləri arasında gedən müharibələrdə Teymurun köməkliyi ilə hakimiyyəti ələ keçirtdi və öz mövqeyini Qızıl Orda da möhkəmləndirdi. Daha sonra isə Toxtamış dövləti ilə Teymur dövləti arasında düşmən münasibətləri meydana gəldi və bu münasibətlər amansız müharibəyə çevrildi. İki rəqib dövlət arasında olan gərginlik Şirvanın siyasi müstəqilliyi üçün təhlükə yaratdı. Şimaldan Qızıl Orda tərəfdən təhlükə, cənubdan isə Teymurun işğalçı yürüşləri güclənirdi. Teymur Cəlairlərin düşməni olmaqla bərabər, həmçinin Toxtamışın real düşməninə çevrildi. Bu böyük dövlətlər arasında gedən mübarizədə istər-istəməz Azərbaycana, bilavasitə Çirvana toxunmalı idi. Şirvanşah yaxşı bilirdi ki, Azərbaycan həmişə monqol işğalının ilk dövlətlərindən hakimiyyət uğrunda çarpışan tərəflərin döyüş meydanına çevrilmiş, onun inkişafını xeyli geri atmışdır.

Mənbələrdə göstərildiyi kimi, Toxtamış (1385-1386) 90 minlik qoşunla Azərbaycana hücum etdi. Onun Əmirləri Şirvan yolu ilə Cənubi Azərbaycan hərəkət edərək yollarının üstündə olan hər şeyi qarət edir, xarabazara çevirirdilər. Şirvan əhalisi Toxtamışa qarşı qəzəb əhval-ruhiyyəsində idilər.

Şirvanın bu dövrdə daha da ağırlaşdı. Şirvanşah İbrahim və onun vassalları hadisələrdən kənarda qala bilmirdilər. Belə ki, vəziyyətdən asılı olmayaraq bu hadisələr Şirvanın mənafeyinə toxunurdu. Lakin Şirvanşahlar dövlətinə nə ərazi cəhətdən, nə də hərbi qüdrət sahəsində Toxtamışın, Qızıl Orda, Teymurun iri feodal imperiyaları ilə müqayisə edilməz dərəcədə zəif idi. Belə olan tərzdə Şirvanşahlar dövləti bu imperiyalarla təklikdə mübarizə apara bilməzdi. Bu mübarizə baş verdiyi təqdirdə isə ölkənin tam məhvinə səbəb olardı.

Cənubi Azərbaycanın bir sıra vilayətləri, o cümlədən Qars, Qiorlis və s. şəhərləri işğal edəndən sonra Teymur öz ordusu və əmirləri ilə Qarabağa gəldi (1387). Bu zaman Qarabağ onun hakimiyyəti altında deyildi. Məlum olduğu kimi Qarabağın Aran hissəsi Elxanilərin və başqa köçəri dövlət başçılarının sevimli qışlaq yeri idi. İndi isə bu yerlər Teymurun qışlağına çevrilmişdi. Teymur Şirvanşahın torpaqlarına yaxınlaşdıqdan sonra, bir müddət burada dincəlməsi Şeyx İbrahimin gözləmə siyasətinə güclü təsir göstərdi. Şirvançahın bu məsələdə siyasi fəaliyyətində əsasən 3 mərhələ nəzərə çarpır:

  1. Gözləmə siyasət mərhələləsi. Bu mərhələ – Teymurun digər dövlətlərlə müharibə aparması , onların üzərində qələbə çalması və Azərbaycanın sərhədlərinə yaxınlaşması dövrünü əhatə edir.
  2. Qətiyyətli – mövqeyin yaranması mərhələsi. Toxtamışın qoşunları Təbrizi və ümumiyyətlə Azərbaycanı tərk etdi. Bununlada Teymur Azərbaycanı və ona bitişik ölkələri işğal etməyə müəssər oldu. Nəticədə Sultan Əhməd Cəlairlərə üz tutdu və Teymur öz düşmənləri üzərində qələbə çaldı. Belə bir vəziyyət İbrahimə imkan verdi ki, qəti olaraq öz nəzərlərini Teymur imperiyasına yönəltsin. Aydın idi ki, gec-tez Teymurla Qızıl Orda arasında hərbi toqquşma olmalı idi. Şirvanşaha da Toxtamışın zəifləməsi lazım idi.
  3. Nəhayət Şirvanın müstəqilliyinin təmin edilməsi mərhələsi. Bu mərhələ Teymurun ölümündən sonra başlanmalı idi. İbrahim bilirdi ki, Teymurun ölümündən sonra onun hakimiyyəti Ön Asiyada zəifləyəcəkdir.

Qeyd etmək lazımdır ki, I İbrahimin bu incə diplomatiyası haqqında məlumat verilən kitablarda Şirvanşahın gördüyü tədbirlər bir növ kiçildilmişdir. Bu tarixə sinfi mövqedən yanaşmaqdan gəlmişdir. Məsələn, tarixi hadisələrin şərh edildiyi əsərlərin birində deyilir: “İbrahimin yürütdüyü siyasət Şirvanşahın geniş xalq kütləsi tərəfindən bəyənilib, müdafiə edilsədə, bu siyasət hakim sinfin mövqeyini ifadə edirdi və yalnız Şirvanşaha sadiqlik andı içən yerli feodalların xeyrinə idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir