“Faktlara dayanan TARİXİMİZ”: Atropatena Strabonun mənbələrində

“Faktlara dayanan TARİXİMİZ”: Atropatena Strabonun mənbələrində

“İNFONEWS” -un Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

STRABONUN ATROPATENA DÖVLƏTİ HAQQINDA MƏLUMATLARI

Strabona görə “Midiya Atropatenası öz adını qoşun başçısı Atropatın adından alıb; o bu ölkənin Böyük Midiyanın bir hissəsi olaraq makedonların itaəti altında düşməsinə imkan verməyib [Strabo, XI, XIII, 1]. Strabonun bu məlumatı elmdə prioritet sayılır. Bu şərtlərə əsasən məhz Strabona istinad olunaraq iddia edilir ki, Atropatena İsgəndərdən sonra kı dövrdə yaradılıb  və İsgəndərin satrapı Atropatın şərəfinə adlandırılıb.

Eyni zamanda V.Nagel hesab edir ki, Atropat adının Əhəməni İsgəndər hökmdarının adından yaranması ikinci dərəcəli əhəmiyyət daşıyır [Nagel, 1982. p.35].

M.Şottki Atropatın mənşəyinə dair hesab edir ki, o, fars olmayıb, çünki midiyalılarla Əhəmənilərin gərgin münasibətdə olduğunu nəzərə alaraq midiyalılar onları kənardan kiminsə idarə etməsinə imkan verməzdilər. Atropatın adının hansısa ibadət mərasimi ilə əlaqələndilirməsi də səhvdir. M. Şottki Atropatın adının məbəd ənənələri ilə bağlanmasını yolverilməz sayır. O ki qaldı həmin anlayışa fars dilində “alovun qoruyucusu” mənasının yazılmasına, M.Şottki bu ehtimalı inkar edir, onun fikrincə, həmin halda anlayış yalnız “Atr-pawa” formasında ola bilərdi [Schottky, 1989. P. 38, 53].

Mənim fikrimə görə, Atropatena/Atarpatena ölkəsinin ilk dəfə İsgəndərdən sonrakı dövrdə yaranması və İsgəndərin satrapıtının şərəfinə adlandırılması rəyi yanlışdır. Atropatena adlanan ölkənin yaranması şəraiti və vaxtına dair yuxarıda göstərilən məlumatlar iddia etməyə tam əsas verir ki, Strabonun məlumatı ölkənin yaranmasını yox, dirçəlməsini nəzərdə tutur. Strabon e.ə. IV əsrin hadisələrini təsvir etdiyi halda, atropatena dövləti də, sülaləsi də Aşşur imperiyasının süqutu zamanı, yəni e.ə. VII əsrdə yaranıb [Həsənov H., 2012. S. 16-20].

Bunlardan əlavə, “Atropatena” anlayışına identik olan toponimlər Aşşurda hələ Aşşur imperiyasının süqutundan əvvəl də mövcud olub. Bunu hələ Aşşur dövründə Andarpattianu/Andarpati oxşar toponiminin olması və Aşşur imperiyası parçalanan zaman – e.ə. VII əsrdən başlayaraq Adorbayqan/Atarpatena ölkəsinin mövcudluğu da əsaslı şəkildə təsdiqləyir. Bu təbii olaraq əsas verir ki, birincisi, Əhəməni imperiyasına qədər və onunla bir vaxtda (Əhəməni imperiyası e.ə. VI əsrdə təşəkkül tapıb) Atropatenanın mövcud olduğunu təsdiqləyək; ikincisi, onun Makedoniyalı İsgəndərin dövründə (e.ə. 331-323-cü illər) də elə həmin adla adlandığını söyləyək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir