“Həyat mübarizədir, xüsusilə də maliyyəçi həyatı; strategiya onun təməl daşı, qanunu, zərurətidir.”

İNFONEWS xəbər verirki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə “Maliyyəçi” (“The Financier”) əsərini təqdim edir.

Romanın müəllifi: Teodor Drayzer (Theodore Dreiser)
Məşhur amerikan yazıçısı Teodor Drayzerin “Arzular trilogiyası” silsiləsinə daxil olan 3 kitabdan birincisi – “Maliyyəçi” əsəri 1912-ci ildə nəşr olunub. Əsərdə Frenk Kaupervud adlı maliyyəçidən, daha doğrusu, birja dəllalından bəhs edilir. Frenki həyatda pul, rəsm əsərləri, şan-şöhrət, qadınlar maraqlandırır. Həmçinin romanda həmin dövr ABŞ-da cərəyan edən hadislərdən, Çikaqonun yanmasından, qiymətli kağızlar bazarında baş verən böhrandan, Kaupervudun fırıldaqlarından, həbs həyatından, ailəsindən danışılır.
“Maliyyəçi” kitabından seçmələr:
• Əsl insan heç vaxt nə agent, nə başqasının iradəsinin köləsi, nə qumarbaz, nə də özünün və ya başqasının maraqlarına xidmət edən oyunun aparıcısı olmaz. Əsl insan-maliyyəçi başqalarının əlində alət ola bilməz. O özü bundan istifadə edəcək. Özü yaradacaq. Özü rəhbərlik edəcək.
• Sizin həyatınızı camaat müəyyənləşdirmir. Hər şeydən öncə özünüz barədə düşünün. Öz həyatınızı özünüz qurmalısınız.
• Bu maliyyə dünyasının nə qədər giriş-çıxışı var! Əməlli başlı yeraltı labirintdir! Məsələni, əsasən, bir qədər bəsirətli, bir az fərasətli, bir az da uğurlu-zaman və təsadüf olmaq həll edir.
• Dünyada ən mənasız iş insanın xarakterini müəyyənləşdirməyə çalışmaqdır. Hər bir şəxsiyyət ziddiyət kələfidir, xüsusilə də istedadlı şəxsiyyət.
• İstənilən həyatı dəyişikliyin məğzini dərk etmək çətindir, çünki kökü insanın qəlbinin dərinliyində olur.
• Eqoizm və əqli maraqların üstünlüyü, bizə görə, incəsənətin müxtəlif sahəsindəki fəaliyyətə müsbət təsir göstərir. Maliyyə işi də incəsənətdir, intellektual və eqoist adamların fəaliyyətinin çox mürəkkəb məcmusudur.
• İnsanlar pula, adətən, öz həyat və rahatlıqlarını təmin etmək vasitəsi kimi baxırlar, ancaq maliyyəçi üçün pul-nemətlərin bölüşdürülməsinə nəzarət, şöhrətə, qüdrətə, hakimiyyətə çatmaq vasitəsidir.
• Əgər insan güclüdürsə, özünü həmişə müdafiə və başqalarını onunla hesablaşmağa məcbur edə biləcək. Əgər zəifdirsə, gərək geri çəkilsin, döyüş meydanından qaçsın.
• Korrupsiyanın dağıtdığı dövlət həyat qabiliyyətini itirir. Onu ilk ciddi sınaq qarşısında dağılmaq təhlükəsi gözləyir.
• Həyat mübarizədir ,xüsusilə də maliyyəçi həyatı; strategiya onun təməl daşı, qanunu, zərurətidir.
Hazırladı: Xavər Babayeva, UNEC
#SıraSəndə
@uneclibrary

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir