Distant təhsilə keçən məktəblərdən biri açılıb
245 nömrəli tam orta məktəbdə əyani tədris bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “İNFONEWS”-a verilən məlumata görə, oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i 2 həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb.
Məlumata görə, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.