Qazaxıstan Azərbaycana uçuşları bərpa edir
“İNFONEWS” xəbər verir.
2021-ci il noyabrın 7-dən etibarən Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı marşrutu ilə reyslərin həyata keçirilməsinə başlayacaq.
Adalet.az-ın məlumatına görə, Bununla əlaqədar Qazaxıstanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiyasının qərarında deyilir.
Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Qərarda o da bildirilir ki, Qazaxıstandan Azərbaycana reyslərin sayının artırılması mövcud epidemioloji vəziyyətdən, eləcə də qurumlararası komissiyanın və Azərbaycanın müvafiq strukturlarının qərarlarından asılı olacaq.