ALLAH RƏHMƏT ELƏSİN!
Bakı Dövlət Universitetinin (BDU) kollektivi universitetin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru
Nizami Qasım oğlu Xəlilovun
vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
“İNFONEWS” xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.
Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!