Karateçimiz Avropa çempionu oldu
“İNFONEWS” xəbər verir.
Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Fərid Ağayev (75 kq) Almaniyanın Halle şəhərində keçirilən vado-kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiyni zədələndiyindən mübarizəni yarımçıq dayandırmalı olub.
Karateçilərimiz mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirovun rəhbərliyi ilə iştirak ediblər.