İNFONEWS xəbər verirki, #SıraSəndə layihəsi oxucu-izləyicilərə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən xüsusi buraxılışını təqdim edir. Xüsusi buraxılışda dünya ədəbiyyatı inciləri sırasında yer almış, əsərin müəllifinin kimliyi bədii çevrələrdə hələ də müzakirə doğuran “Əli və Nino” əsərini təqdim edir.
Əsərin müəllifi: Qurban SƏİD
Əsər alman diləndə yazılıb, Azərbaycan və digər dillərə sonralar tərcümə edilib.
Müəllif əsərdə oxuculara ayrı dinə, dilə, millətə, mədəniyyətə mənsub iki gəncin- azərbaycanlı Əlinin rus-gürcü ənənələri ilə böyüyən nəcib bir ailənin qızı Ninoya olan sevgi hekayəsini təqdim edib. Qurban Səid əsəri bir eşq hekayəsi ilə pərdələsə də, əslində əsərdə Azərbaycan Cümhuriyyətinin qurulması, müstəqilliyə qədəm qoyan xalqın həyatının yeni mərhələsinin savadlı, təhsilli, vətənpərvər gənclərin müzakirələri ilə zənginləşməsi, azad dövlət quruculuğu uğrunda gedən mübarizə və s. böyük məhəbbət və sevgi ilə vurğulanıb.
“Əli və Nino” əsərindən seçmələr:
- Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam sürətlə gedirdi. Üzərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq verirdi.
- Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açması lazım idi. Atam: – ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki sabahını düşünən adam ürəkli olmaz. Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini heç bir vaxt unutma”.
- “…İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi..”
- Bəs əsl aşıq nə deməkdir? Acıqlı aşıq dilləndi: – ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə otların artdığını və ağacların danışdığını 24 eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: – Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən. Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır.
- Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş olsalar da, füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu müqəddəs yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı.
- “…Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!… orada qar var!” – deyə qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da, dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir… Ey xan, indi bil ki, bizim diyar çox qədim və şöhrətli bir diyardır.”
Hazırladı: Arzu Məmmədova, UNEC
#SıraSəndə
@uneclibrary