Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq – SƏRƏNCAM

Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq – SƏRƏNCAM

“İNFONEWS” xəbər verir.

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılsın.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir