“UNEC İqtisadi Forumu 2021” bu gün fəaliyyətinə start verir
“İNFONEWS” xəbər verir.
Bu gündən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayır.
Forumda 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə, forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Panel müzakirələri “Gülüstan” sarayında baş tutacaq.
Forumun ilk günündə saat 11:30-12:30 aralığında Nobel mükafatı laureatı Əziz Sancarın alimlərlə görüşü keçiriləcək.
Əziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək.
Qonaqların dekabrın 4-də Qarabağa səfər etməsi də forumun proqramına daxil edilib.
Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir.