Azərbaycanda 984 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 243 nəfər müalicə olunaraq sağalıb, 8 149 nəfər vəfat edib, aktiv xəstə sayı 17 668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 440, ötən müddət ərzində isə ümumilikdə 5 718 629 test aparılıb.