Azərbaycanda 582 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda 582 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 284 nəfər müalicə olunaraq sağalıb, 8 182 nəfər vəfat edib, aktiv xəstə sayı 15 931 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 495, ötən müddət ərzində isə ümumilikdə 5 739 928 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir