İNFONEWS “Adalet.az”-a istinadən xəbər veriri ki, 191,8 milyard dollar sərvəti ilə dünyanın ən varlı insanı olan “Amazon”un başçısı Jeff Bezos “dünyanın ən xeyirxah varlıları” siyahısına düşə bilmədi. Bezosun sərvətinə nisbətdə etdiyi ianələrin yüzdə birdən daha az olduğu ortaya çıxdı.
Dünyada sərvət bərabərsizliyi artmağa davam edərkən varlı adamların payladığı ianələr yaxından izlənilir.
“Forbes” dərgisinin ən varlılar siyahısındakı 400 adamdan 29-nun sərvətlərinin ən azı 10 faizini bağışladıqları yazılan xəbərdə 191,8 milyard dollar sərvəti olan Jeff Bezosun bağışladığı pulların sərvətinin 1 faizindən belə az olduğu vurğulanıb.
170 milyard dolla sərvəti ilə dünyanın ən varlı ikinci insanı olan və 2020-ci ildə sərvətini 142 milyar dollar artıran “Tesla”nın başçısı Elon Musk da ən çox pul bağışlayanlar siyahısında yer almadı.
Elektron ticarət və texnologiya nəhəngi olan Amazonun başçısı Bezosun həyat yoldaşı Mackenzie Scott keçən ay verdiyi açıqlamada pandemiyadan zərər çəkənlərə son dörd ayda 4 milyard dollardan çox pul bağışladığını dedi.
58,5 milyard dollar sərvətilə dünyanın ən varlıları siyahısında 19-cu yerdə qərar tutan Scott 2019-cu ildə 1.7 milyard dollar pul bağışladığını açıqlamışdı.
29 adamdan ibarət “ən xeyirxah varlılar” siyahısında birinci yerdə George Sorosdur. Onun həyatı boyunca qurucusu olduğu “Açıq Toplum Vəqfləri”nin vasitəsilə 15 milyard dollardan çox pul bağışladığı yazıldı.
“Forbes”in siyahısına görə 90 yaşlı Sorosun hal-hazırkı sərvəti 8.6 milyard dollardır.
86,6 milyard dollar sərvətilə dünyanın ən varlı 6-cı insanı olan Warren Buffet sərvətinə nisbətdə ən çox pul yardımı edən ikinci şəxsdir. “Berkshire Hathaway” şirkətinin CEO-su və ən böyük hissədarı olan Buffetin sərvətinin 64 faizini bağışladığı məlum oldu.
Texnologiya nəhəngi Microsoftun başçısı Bill Qeyts sərvətinin 10-20 faizini bağışladığı deyilir.
132 milyard dollar sərvətilə dünyanın ən varlı 3-cü adamı olan Bill Qeyts 1997-ci ildə arvadı Melinda Qeytslə birlikdə adlarını verdikləri bir vəqf qurmuşdu. 200 milyon dollarlıq ilk ianələri ABŞ-dakı kitabxanalara internetin çəkilməsinə xərcləmişdi.