“2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artıb” – NAZİR
“İNFONEWS” xəbər verir.
2021-ci ildə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib və proqnoz 117,7 faiz səviyyəsində icra olunub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manat olub və proqnoz 112,2 faiz səviyyəsində yerinə yetirilib.