Böyük Britaniya iqtisadiyyatı koronavirusdan əvvəlki səviyyəyə çatıb
“İNFONEWS” xəbər verir.
Böyük Britaniya iqtisadiyyatı koronavirusdan əvvəlki səviyyəyə çatıb.
Britaniya Milli Statistika İdarəsi Ümumi Daxili Məhsulun (ÜDM) noyabrda 0,9 faiz artdığını açıqlayıb. Bu, iqtisadçıların gözləntilərini üstələyən artımdır.
“Capital Economics” iqtisadi məsləhət şirkətinin analitikləri iqtisadiyyatdakı bu dirçəlişi tikinti sektorundakı 3,5 faiz artımla əlaqələndirib.
(AZƏRTAC)