Respublika fənn olimpiadalarına start verilir

Respublika fənn olimpiadalarına start verilir

“İNFONEWS” xəbər verir.

Yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində fənn olimpiadalarında iştirak etmək üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkaranması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir