26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür

26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür

26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır.

Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi imzalanıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Bu gün dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir. Dünya Ekoloji Təhsil Günündə ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, dəyirmi masalar təşkil olunur.

Hazırda bu günlə əlaqədar Azərbaycanın bir sıra milli parklarında açıq dərslər, Qızılağac Milli Parkının Turizm İnformasiya Mərkəzində isə məktəblilər arasında bilik yarışı keçirilir.

Qeyd edək ki, ekoloji təhsil bizə təbiətlə harmoniyada olmağı və ətraf mühitə təsiri azaltmağı öyrədir.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir