Saxtakar psixoloqlar haradan peyda olur?! – MÜZAKİRƏ MÖVZUSU
“İNFONEWS” xəbər verir.
Bir yandan depressiya, o biri yandan soyulan ciblər… – Saxtakar psixoloqlar haradan peyda olur?!
Hələ pandemiya başlamadan öncə dünyada yaranan iqtisadi gərginlik insanlara güclü şəkildə siraət etməyə başlamışdı. Bu yaşlı nəsil arasında çox hiss olunmasa da, gənclər arasında daha çox biruzə verməyə başladı. Belə ki, universitet bitirən və gələcəyə böyük ümidlərlə baxan bir gənc, peşəkar fəaliyyətə başlayarkən daha çox həyatın başqa bir səhnəsi ilə üzləşməli olur. Bəzən xəyal etdiyi bir peşədə özünü tapmaq yerində həyatın çətin şərtlərindən dolayı arzu etmədiyi sahələrə baş vurmalı olur. Təbii ki, bunlar hamısı insanlarda, o cümlədən, gənclərdə dərin bir depressiya formalaşdırır.
Təəssüf ki, üz tutduğu məkanlar onların yaralarına məlhəm ola bilmir. Bu gün bəhs edəcəyimiz də məhz, o yaralara duz tökən “psixoloqlar” haqqındadır.
Pandemiya ilə bağlı qapanmalar zamanı virtual görüşlər, seminarlar, habelə sosial şəbəkələr bir çox üzdəniraq psixoloqlar üçün geniş meydana çevrildi. Onları özlərinə təsəlli qaynağı kimi görənlər isə bir növ onların şikarına çevrilməyə başladılar. Bunu fürsət görüb yararlananlar isə insanların problemlərindən çox, ciblərinə maraq göstərir. Bir məsələni xatırlatmaq yerinə düşər ki, vaxtı ilə aylarca əziyyət çəkən insanlar vəkil axtararkən bu növ saxtakar hüquqşünasların əlinə düşərdi. Lakin qanunun aliliyi sayəsində müəyyən zaman sonra bu problem həllini tapdı. Hazırda meydan sulayan psxioloqlar ortada yeyib, qıraqdan seyr etməkdədirlər.
Bu problemləri öyrənmək üçün peşəkar psixoloq Fidan İbrahimovanın fikirlərini öyrəndik. Fidan xanım problemin əsas mənbəyi insanların bu barədə kifayət qədər maarifləndirilməməsində görür.
“Adətən öz problemləri ilə zehnini məşqul edən insanlar, qarşıalrındaki insanların psixoloq olub-olmadığının fərqinə vara bilmirlər. Belə olan halda, onlar asanlıqla psxioloq maskası altında fəaliyyət göstərən dəllalların qurbanına çevirilir. Hesab edirəm ki, həmin insanlar bir az dərindən araşdırma aparmalıdırlar” – deyə, psixoloq vurğulayıb.
Fidan İbrahimova həmçinin bu problemin həlli ilə bağlı fikir bildirib:
“İnsanları doğru ünvana yönləndirmək üçün psxiloqların da vəkillər kimi bir rəsmi qurumunun formalaşdırlması vacibdir. İnsanlar psixoloq axtrararkən sosial şəbəkələrdən deyil, müvafiq saytlardan axtarıb tapa bilərlər. Bu Qərb təcrübəsində sınaqdan çıxmış bir variantdır”.
Psixoloq Fidan İbrahimova bu cür dəllallardan yaxa qutarmağın müəyyən yolların barədə qısa məlumat verib: “Qarışınızdakı şəxsin həqiqi peşə sahibi olduğunu bilmək üçün bunun yeganə bir yolu var. Bu da ondan peşəsinə dair müvafiq sənədin tələb edilməsidir. Ümumiyyətlə, tanış olduğunuz psixoloqla bir gədər ətraflı söhbət etmək daha məqsədə uyğundur. Çünki bəzən doğru və yalanlar söhbət əsnasında ortaya çıxır. Son olaraq onu da qeyd etmək istərdim ki, insanlar hədsiz depressiya və stressdən uzaq dursun. Çünki bu cür hallarda həqiqi psixoloqlar belə kömək etməkdə aciz olur”.
Fariz Faiqoğlu