“Pekin-2022”: Ceykobellis ABŞ-a ilk qızıl medalı qazandırıb
“İNFONEWS” xəbər verir.
ABŞ idmançısı Lindsi Ceykobellis ölkəsinə “Pekin-2022” Qış Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.
L.Ceykobellis snoubord-kross yarışının final mərhələsində birinci olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fransa idmançısı Hloe Trespeş gümüş, kanadalı Meriete Odin bürünc medala sahib olublar.
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub və ilk “24-lüy”ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. İdmançımız sərbəst proqramda çıxışını fevralın 10-da təqdim edəcək. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.