Əlilliyə və ailə başçısını itirdiyinə görə sığorta prinsipi əsasında pensiya təyin edilmiş şəxslərin də pensiyası indeksləşdiriləcək
“İNFONEWS” xəbər verir.
Əlilliyə və ailə başçısını itirdiyinə görə sığorta prinsipi əsasında pensiya təyin edilmiş şəxslərin də pensiyası indeksləşdiriləcək
Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı 2022-ci ilin 1 yanvar tarixinədək əlilliyə və ailə başçısını itirdiyinə görə yalnız sığorta prinsipi əsasında pensiya təyin edilmiş şəxslərə də şamil olunur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər.
Sərəncamla onların da pensiyaları indeksləşdirilərək 2022-ci ilin yanvarın 1-dən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Eyni zamanda il ərzində ödənilməsi nəzərdə tutulan 200 manat əlavə maddi yardım da rüblərə bölünərək hər rübün ilk ayında 50 manat məbləğində həmin kateqoriyadan olan şəxslərin hesabına ödəniləcək.