Yoluxan insanlar özünütəcrid etmədiyi üçün yoluxma sayı artır – Nazirlik rəsmisi
Bəzi insanlar koronovirusa yoluxduğu zaman onu simptomsuz və ya yüngül keçirir. Bu səbəbdən özünütəcrid etmir və nəticə etibarilə yoluxma sayında artım müşahidə olunur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, “omikron” ştammının gizlin dövrü 3-4 gün, nadir hallarda 5 gün çəkə bilər.
“Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”, – deyə o əlavə edib.