Psixoloqlar danışdı – AŞIQLİK, MƏHƏBBƏT, SEVGİ, EŞQ ya nə?
Psixoloqlar aşiqliyin eşqdən nə ilə fərqləndiyini və niyə məhəbbətin ilk məqamı sayılan aşiqlik hisslərinin süni şəkildə uzatmağa ehtiyac olmadığını izah etdilər.
“İNFONEWS” RİA”Novosti” -yə istinadən xəbər verir.
Neyropsixoloq Yuliya Punina deyir: “… məhəbbət adətən hiss sayılır, aşiqlik isə bu prosesin ilkin mərhələsidir ki, bu da, sevgiyə çevrilə və ya elə bu mərhələdə sona yetə bilər”.
Onun sözlərinə görə, aşiqlik müxtəlif emosiyalardan, fizioloji və psixoloji reaksiyalardan ibarət olan “müvəqqəti eyforik kokteyldir”. Bu dövrdə insan qeyri-sabit şüura və fiziologiyaya malik olur, bir sözlə, emosional və psixofizioloji halları yelləncəyi xatırladır. Aşiqlik vəziyyətində çox qalmaq mümkünsüzdür, çünki təbiət bizə belə balanssızlıqda uzun müddət olmaq imkanı vermir.
Psixoloq Olqa Batuyeva isə qeyd edir ki, aşiqlik dövründə insanın sevgilisini ideallaşdırmaq səciyyəvidir.
Mütəxəssislərə görə, zamanla sevginin daha yetkin, ciddi hisslərə çevrilməsi, sevilən insanın olduğu kimi qəbul etməsi, ideallaşdırılmış, gerçəklikdən uzaq olan yaradılmış sevgili obrazından daha yaxşıdır.
Uzunmüddətli və yetkin münasibətlər qurarkən ümumi maraqlar, dəyərlər, məqsədlər, həmçinin bir-biri ilə danışmağı və dinləməyi bacarmaq xüsusilə vacibdir.
“Yeni tanıyıb, aşiq olduğun insanın nə istədiyini təxmin etmək çətindir, bunun üçün beyində yaradılmış fantastik obrazla deyil, canlı, yanında olan insanla danışmaq lazımdır. İnsanı bütün üstünlükləri və çatışmazlıqları ilə qəbul etmək önəmlidir, nəinki 3 D modelindəki ideal personajlar kimi”– deyə, Batuyeva sonda əlavə edib.