İranın hərbi təyyarəsi qəzaya uğrayıb
“İNFONEWS” xəbər verir.
İran Hərbi qüvvələrinin təyyarəsi, Moncam şəhər bulvarı ərazisində yerləşən Təbriz şəhəri üzərində qəzaya uğrayaraq, birbaşa “Şəhid Alipur” idman zalının üstünə düşüb.
Təyyarənin iki pilotu və öz avtomobilində olan mülki şəxs həlak olub. Bu barədə İRİB dövlət telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İran hərbi hava qüvvələrinin təlim təyyarəsi şəhər məktəblərinin birinin yaxınlığına düşüb. Məktəb bağlı olduğundan şagirdlərdən və mülki şəxslərlərdən xəsarət alan olmayıb.
Qəzanın səbəbləri araşdırılır.