Dumanlı hava bəzi yollarda görmə məsafəsini MƏHDUDLAŞDIRACAQ
“İNFONEWS” xəbər verir.
Fevralın 26-da gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Füzuli-Horadiz, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 metrədək məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.