Bərdədəki marketdə istifadə müddəti bitmiş qida məhsulları aşkar edilib
“İNFONEWS” xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bərdə rayonunun Yeni Daşkənd kəndində fiziki şəxs Pirnəzərov Tural Məhəmmədəli oğluna məxsus “Lux” marketdə keçirilən yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulduğu və qida məhsullarının təhlükəsizliyinə riayət edilmədiyi aşkarlanıb.
Marketdə yararlılıq müddəti bitmiş qida məhsullarının (kolbasa, süd və süd məhsulları, qənnadı məmulatları) satışa çıxarıldığı, temperatur rejiminə riayət edilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı və digər nöqsanlar müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.