Beynəlxalq Bankın adından “Whatsapp”da saxta mesajlar yayılır

Beynəlxalq Bankın adından “Whatsapp”da saxta mesajlar yayılır

“İNFONEWS” xəbər verir.

Azərbaycan Beynəlxalq Bankının 30 illik yubileyi münasibətilə pul udmaq şansı barədə “Whatsapp” vasitəsilə yayılan mesajlar göndərilir.

Yayılan mesajlarla bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mətbuat xidmətinin rəhbəti Yadigar Cəfərov bildirib ki, bu paylaşımların ABB-yə heç bir aidiyyəti yoxdur.

Onun sözlərinə görə, belə yalan çağırışların məqsədi isə müştərilərin fərdi məlumatlarını ələ keçirib, sonra onlardan öz məqsədləri üçün istifadə etməkdir.”Müştərilərin bu cür saxta məlumatlara inanmamasını xahiş edirik.ABB-yə aid məlumatlarda əsas mənbə kimi www.abb-bank.az adlı saytımıza və sosial şəbəkələrdəki korporativ səhifələrimizə istinad edilməsi tövsiyə olunur”, – deyə Y.Cəfərov əlavə edib.

(“Trend”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir