Bu ölkə beşinci dəfə “Dünyanın ən xoşbəxt ölkəsi” SEÇİLDİ

Bu ölkə beşinci dəfə “Dünyanın ən xoşbəxt ölkəsi” SEÇİLDİ

“İNFONEWS” xəbər verir.

Finlandiya ard-arda beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Xarici KİV-dən götürülən məlumata görə, bu barədə məlumat BMT-nin sifarişi ilə hazırlanmış Ümumdünya xoşbəxtlik məruzəsində yer alıb.

Bu gün açıqlanan reytinqə əsasən, Finlandiya əvvəlki illərdə olduğu kimi, digər dövlətləri bir neçə yüz balla qabaqlayıb.

Ən xoşbəxtlər beşliyinə, həmçinin Danimarka, İslandiya, İsveçrə və Niderland daxil olub. İlk onluqdakı sonrakı yerləri isə Lüksenburq, İsveç, Norveç İsrail və Yeni Zelandiya tutub.

Ümumdünya xoşbəxtlik məruzəsi 2012-ci ildən dərc olunur. Tədqiqatçılar məruzəni tərtib edərkən əhalinin adambaşına düşən ÜDM, sosial dəstək səviyyəsi, ömür uzunluğu, vətəndaş azadlığına riayət olunması, məşğulluq zəmanəti, korrupsiyanın səviyyəsi kimi göstəriciləri, habelə ictimai rəy sorğularının nəticələrini nəzərə alırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir