ABŞ-da atışma nəticəsində azı bir nəfər ölüb, xeyli yaralı var

ABŞ-da atışma nəticəsində azı bir nəfər ölüb, xeyli yaralı var

ABŞ-ın Texas ştatının Dallas şəhərində şənlik gecəsində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb, 10 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə WFAA telekanalı məlumat yayıb.

Hadisə gecə yarısı baş verib. Telekanalın mənbələrinin məlumatına görə, şənliyin bir neçə iştirakçısı küçəyə çıxıb, bundan sonra yoldan keçən avtomobildən onlara atəş açılıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir