Azərbaycanda son sutkada daha 78 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada daha 78 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780986 nəfər müalicə olunaraq sağalıb 9656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqəda 3956, ötən müddət ərzində isə ümumilikdə 6666040 test aparılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir