“Deltacron” ştammı nə qədər təhlükəlidir?

“Deltacron” ştammı nə qədər təhlükəlidir?

Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir.

“Delta” və “Omicron” ştammlarının hibridi aşkar edilib. Laboratoriyada yeni xəstəlik növünü müəyyən edən alimlər ona “Deltacron” adı veriblər. Delta cron ştammı Fransa, Niderland və Danimarkada müəyyən edilib.

“İNFONEWS”un bu və digər suallarını koronavirusla mübarizə aparan tibbi personalı Aytac Paşayeva cavablandırıb.

Deltacron ştamının digər viruslardan daha təhlükəli edən nədir?

Deltacron infeksiyasını daha təhlükəli edən odur ki,digər infeksiyalar,məsələn Covid-19 infeksiyası koronavirusun bir növüdür. Koronavirus özü patogen xüsusiyyətlari olan geniş viruslar ailəsinə aiddir. Covid-19 infeksiyası onu təşkil edən koronavirusun,onun ailəsinin bir növüdür.

Delta və omikron infeksiyaları ayrı-ayrılıqda gəldi. Deltacron ştamını təhlükəli edən odur ki,bu ştam delta və omikron infeksiyalarının birləşməsi ilə gəlir. Labaratorik araşdırmalara görə müşahidə olunub ki,omikronun çıxıntısını, deltanın isə gövdəsinin götürüldüyü düşünülür.

Ona görə də deltacron ştamının təhlükəli olacağı düşünülür.

Bəs,bu ştama yoluxan insanlarda ölüm dərəcəsi nə qədərdir? Məsələn omikron infeksiyasında ölüm faktı bir o qədərdə müşahidə olunmasada,yəni,ölümcül təhlükəsi olmasada,deltacron ştamında bu necədir?

Deltacron hələki ölkəmizdə müşahidə olunmayıb. Ona görə də,tam dəqiq statistika yoxdur. Deltacron ştamına hələki Avropada və Güney Amerikada rast gəlinib.

Yayılma sürəti və simptomları hələ tam bəlli deyil.

Düşünülür ki,deltacron ştamı daha təhlükəli olacaq,ölüm faktı daha çox görünəcək.

Hal-hazırda Covid-19 virusuna yoluxma keçən ay və ya keçən illərə baxanda hansı səviyyədədir? Həmçinin müəyyən dövr ərzində statistikalarda müşahidə olunan ölüm və aktiv xəstə saylarında nə kimi dəyişikliklər müşahidə olunur? Yəni azalma yoxsa artım davam edir? Və baş verən bu dəyişikliklərə səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uymaqla,əhalinin vaksinasiya prosesinə cəlb olunaraq vaksin olmaları Covid-19 virusuna yoluxmaların sayının azalmasına gətirib çıxardı. Gigiyenik qaydalar varki,onlara əməl edilərək,ölkə də kütləvi toplaşma məkanlarının məhdudlaşdərılması ilə Covid-19 statistikasında yoluxmalar arasında kütləvi azalma müşahidə olunur. Azalma olduğuna görə bir növ kəskinlik dayanıb,yəni virusa yoluxan şəxslərdə simptomlar azalıb. Xəstələr bu virusu nisbətən daha yüngül keçirdir. Buda özlüyündə ölüm faktının azalmasına gətirib çıxarır. Ona görə də vətəndaşlarıməzın əməl etdikləri şəxsi gigeniya qaydaları və vaksinasiya Covid-19 virisunda həm yoluxmanın həm də ölüm faktının azalmasına səbəb oldu.

Əks göstərişlər hansı vətəndaşlarda özünü biruzə verir?

Əks göstərişlər xüsusən şəkər xəstələrində,şəkərli diabet,təzyiq,alergik xəstələrdə,asma müəyyən olunan xəstələrdə infeksiyalar daha kəskin olur və bu şəxslər Covid-19 virsunu digər şəxslərə görə daha ağır keçirmiş olurlar. Buda biz həkimlərin işini daha da çətinləşdirərək məhdudlaşdırır. Dərmanlara reaksiya tez göstərirlər. Çünki elə dərmanlar varki,təzyiqlərini və yaxud şəkərlərini qaldırır. Bu hal bizim işimizi çətinləşdirir.

Az öncə saydığım xəstəlikləri olan vətəndaşlar mütləq şəkildə şəxsi gigeniya qaydalarına əməl etməlidirlər. Toplu yerlərdə dolaşmamalıdırlar. Əgər ankoloji xəstəlikləri yoxdursa,birmənalı olaraq vaksin olmalıdırlar.

Vaksin olunan şəxslər yenidən Covid-19 virsuna yoluxarsa, xəstəliyi necə keçirirlər? Və vaksin olunmuş şəxslərin virusa yoluxma riskləri nə qədərdir?

Yoluxma riski hər zaman olur,yəni,vaksin olunan şəxslərin də virusa yoluxma ehtimalları daim olur. Lakin,bu virusu vaksin olunmuş şəxslər,vaksin olunmamış şəxslərə nisbətən daha yüngül keçirirlər. Vurulan vaksinlər xəstəliklərin ağırlaşdırma dərəcəsini bir xeyli azaldır. Ona görə də vətəndaşların vaksin olmaları tövsiyyə olunur.

Vaksin olunmamış bir şəxs virusu necə keçirdir? Həmçinin vaksin olunmuş bir şəxs virusu necə keçirdir?

Vaksin olunduqda qanda göstərir ki,vaksin antelləri qaldırır və xəstədə ümumi infeksiyalara dayanıqlıqları gücləndirir,yəni,bir sözlə,immuniteti gücləndirir. Və xəstəliklə mübarəzidə daha yaxşı mübarizə edir. Bu isə bizim işimizi asanlaşdırır. Bu prosesdə,xəstəsinin sağalması üçün istifadə etdiyimiz dərmanlara reaksiyanı tez verir.

Vaksin olunmayan şəxslərdə isə bu proses daha uzun çəkir. Çünki müalicəyə başlamadan öncə biz həmin şəxsin immunetetini qaldırıb,xəstəliyə hazır vəziyyətə gətirməliyik. Əgər biz bunlarə etmədən bir-başa müalicəyə başlasaq bu işə yaramayacaq. Çünki istifadə olunan dərman prepatları öz güclərini nisbətən gec göstərəcəklər. Və bu isə xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.

Hətda elə xəstələr olur ki,virusa yoluxduqları halda xəstəxanaya gəlmir və müalicəni qəbul etmir. Bu isə həm həmin şəxslər üçün,həm də ətrafdakı insanalara təhlükə yaradır. Hələki həmin şəxslər vaksin olunmayıblarsa,xəstəliyi daha da ağır keçirə bilərlər.

Xəstəlikdən qorunmaq üçün vətəndaşlara tövsiyyəniz nədir?

Virusdan qorunmaq üçün insanların sıx olduğu,kütləvi məkanlardan uzaq olmaq lazımdır. Mütləq qaydada vaksin olunaraq,şəxsi gigeniya qaydalarına əməl etməlidirlər.

İNFONEWS.AZ

Fariz Faiqoğlu

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir