BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1 600-yə yaxın insan yaralanıb
Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyə kimi bu ölkədə 977 dinc sakin həlak olub, 1 594 nəfərdən çox dinc sakin yaralanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Məlumata görə, müharibə zamanı 3 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığınıb.
Qeyd edilir ki, fevralın 24-dən 3 milyon 626 mindən çox insan Ukraynanı tərk edib ki, onların əksəriyyəti Polşaya gedib.
Polşa 2 milyon 144 min 244, Rumıniya 555 min 21 və Moldova 371 min 104 qaçqına sığınacaq verib.
Yüz minlərlə qaçqın Avropanın digər ölkələrinə gedib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır