Folklor İnstitutunun əməkdaşı BDU-da ustad dərsi keçirib
“İNFONEWS” xəbər verir.
AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı Bakı Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə ustad dərsi keçirib.
Bu barədə institutdan bildirilib. Ustad dərsi “Azərbaycan lətifələri” mövzusuna həsr olunub. S.Abbaslı diqqətə çatdırıb ki, əksər xalqlar arasında müxtəlif istilahlarla tanınan lətifələr folklorun müstəqil janrı kimi hər zaman söyləyici-dinləyici nəslinin yaşam gündəminə çevrilib. Ayrı-ayrı tarixi mərhələlərdəki hakim təbəqənin, o sıradan ictimai-siyasi quruluşdakı nöqsan və çatışmazlıqların xalq satirası və yumoru vasitəsilə ifşa hədəfinə çevrilməsi daim gündəmdə dayanan məsələlərdən olub.
O, həmçinin lətifələrin toplanma və nəşri məsələlərindən bəhs edib.