“Parkovşik”lərin qanunsuz fəaliyyətinə kim şərait yaradır?
Bakı şəhərində müxtəlif ərazilərdə parklanma və “parkovşiklər” adlandırılan şəxslərin maşınların saxlanmasına görə yığılan pullarla bağlı dəfələrlə mövzu qaldırılsa da, bu problem öz həllini hələ də tapmayıb.
Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində (İnşaatçılar metrosunun yaxınlığında) qanunsuz “parkovşik”lər fəaliyyət göstərir.
Əməkdaşlarımız tərəfindən “parkovşik”lərdən biri sorğulandıqda, Şəhid ailəsi olduğunu və bununla da ailəsinə çörək pulu qazandığını iddia edib.
Yığılan pulların kimə verilməsi sualına isə, “Biz pulları bir müəllimə veririk”- deyə, cavablandırıblar.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “İNFONEWS”-a bildirib ki,
“Agentlik olaraq bizim mövqeyimiz artıq ordakı lövhədə qeyd olunub. Bu şəxslərin fəaliyyəti tam qanunsuzdur”.