“Mars yanacaqdoldurma stansiyaları”nı yaradırlar – İSPANİYA
“İNFONEWS” xəbər verir.
İnsan texnologiyaları artıq Marsa çatıb: iyirmi il ərzində onun səthini tədqiq edən bir neçə robot, eləcə də daim orbitdə olan və Qırmızı planeti kosmosdan tədqiq edən kosmik aparatlar var. Növbəti addım Marsa Yer kürəsi sakininin göndərilməsi olacaq. NASA-nın bildirdiyi kimi, buna artıq yaxın onillikdə nail olmaq mümkün olacaq.
Bu cür səyahətlər üçün əsas maneələrdən biri kosmik gəmilərə təkrar yanacaq doldurulması zərurətidir.
Bask Ölkəsinin “Tekniker” texnoloji parklar şəbəkəsindən olan ispan alimləri tərəfindən Kantabriya Universiteti ilə əməkdaşlıq nəticəsində ilk kosmik yanacaqdoldurma stansiyasının yaradılması sayəsində yanacaq problemi öz həllini tapır.
“Hisru” adlanan layihə Marsda mövcud olan resurslardan istifadə edərək yanacaq yaratmağa imkan verən prototipdir. Qırmızı planetin atmosferində ən çox yayılmış element CO2 (karbon qazı)dır və “Tekniker”dəki tədqiqatçılar bu qazdan kosmik raketlər üçün yanacaq kimi xidmət edəcək metana çevirmək üçün istifadə etməyi təklif edirlər.
“Tekniker”in kosmik sektorunun koordinatoru Borxi Pozonun sözlərinə görə, ispan alimləri Marsda kosmik yanacağın istehsalı üçün 95 faizi karbon qazından ibarət olan planetin havasından istifadə etməklə ilk reaktor yaratmaq niyyətindədirlər. Kimyəvi reaksiyaya, astronavtların duş qəbul edərkən və ya dişlərini fırçalayan zaman atdıqları boz sudan istifadə etməklə nail olunur. Beləliklə, mövcud resursların təkrar dövr edilməsi üsulu təşviq ediləcək.
“Mars yanacaqdoldurma stansiyası” xüsusilə uzunmüddətli missiyalarda faydalı olacaq, bundan başqa bütün təchizatı Yerdən göndərməməklə kosmik səyahətlərinə xərcləri azaltmaq mümkün olacaq.
Hazırda tədqiqatçılar 2023-cü ilin yayına qədər hazır olmalı olan kosmik yanacaq istehsalı üçün reaktorun ilk prototipinin yaradılması üzərində sürətlənmiş rejimdə işləyirlər.
Bu tədqiqat Yer kürəsi üçün daha faydalı ola bilər. Axı təklif atmosferdən CO2-nin təkrar emalını ehtiva edir, onun çox çirklənmiş mühitlərdə tətbiq edilməsi iqlim dəyişikliyi ilə mübarizədə “müttəfiq” ola bilər. Bu tədqiqat Yer atmosferinin karbonsuzlaşmasına xidmət edə bilər.
Borxa Pozonun fikrincə, insanların nəhayət Qırmızı planetə ayaq basa bilməsi üçün hələ həll ediləsi digər texniki məsələlərin olmasına baxmayaraq, layihənin həyata keçirildiyi təqdirdə Mars ekskursiyaları üçün yanacağın əldə edilməsi artıq bir neçə aydan sonra öz həllini tapa bilər.
(AZƏRTAC)