Bu məsciddə aztəminatlı xristian ailələrinə “Pasxa sovqatı” aksiyası keçirilir

Bu məsciddə aztəminatlı xristian ailələrinə “Pasxa sovqatı” aksiyası keçirilir

“İNFONEWS” xəbər verir.

Ramazan ayı ilə əlaqədar aprelin 23-də Məşədi Dadaş məscidində aztəminatlı xristian və müsəlman ailələrinə “Pasxa sovqatı” adlı yardım aksiyası başlayıb.

Əldə etdiyimiz məlumata görə, imkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin təşəbbüsü ilə yüzdən artıq müsəlman və xristian ailəyə ərzaq yardımları verilib.

Məscidin imamı hacı Şahin Həsənli deyib: “Dinindən, milliyyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu mübarək ayda ehtiyacı olan ailələrə yardım göstərmək, xalqa xidmət etmək bizim üçün şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın. Xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir